Müəllimlərin sertifikatlaşdırılması NİYƏ lazımdır? - MÜZAKİRƏ

Müəllimlərin sertifikatlaşdırılması NİYƏ lazımdır? - MÜZAKİRƏ

Hazırda oxunan: Müəllimlərin sertifikatlaşdırılması NİYƏ lazımdır? - MÜZAKİRƏ

74608

Bu gün saat 20:00-da “Bələdçi” proqramının növbəti buraxılışı yayımlanacaq.

Bizim.Media xəbər verir ki, budəfəki “Bələdçi”də Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli "Sertifikatlaşdırma: niyə və necə?" məsələsini müzakirə edəcəklər. 

Qeyd edək ki, Təhsil İnstitutu sertifikasiya imtahanlarına hazırlaşan namizədlərə dəstək məqsədilə canlı seminarlara və vebinarlara start verib.

Gündəlik olaraq müəllimlərin sertifikatlaşması ilə bağlı məlumatlandırma və dəstək tədbirləri davam edir.  

T-Network-ün tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanan "Bələdçi"ni T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.
Xatırladaq ki, T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyası “Bələdçi” adlı proqrama ötən ilin yanvarından start verib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO