“Google sistemində hansı sözlər daha çox axtarılırsa, həmin sözlər tərcümə sistemində daha dəqiq tərcümə olunur. Hansı sözlər axtarılmırsa və ya axtarışı cüzidirsə, bu sözlərin tərcüməsində yanlışlıqların ola bilməsi ehtimalı daha böyükdür”.
Bunu Bizim.Media-ya açıqlamasında internet-media üzrə ekspert Səbuhi Abbasov Google internet sistemində xarici dillərdən Azərbaycan dilinə tərcümələrin əksər hallarda yanlış və səhv edilməsi səbəblərindən danışarkən deyib:
“Googledə tərcümə sistemi avtomatlaşdırılmış şəkildə kodlaşdırılıb. Yəni burada tərcüməni hansısa bir şəxs etmir. Onu sistemə xüsusi kodla yerləşdirilmiş robotlar tərcümə edir. Bu tərcümə də daha çox zəncirvari sistem əsasında aparılır.
MÖVZU İLƏ BAĞLI:
“Google tərcümə"də YENİLİK - 24 dil əlavə edildi
Google sistemində hansı sözlər daha çox axtarılırsa, həmin sözlər tərcümə sistemində daha dəqiq tərcümə olunur. Hansı sözlər axtarılmırsa və ya onun axtarışı cüzidirsə, həmin sözlərin tərcüməsində yanlışlıqların ola bilməsi ehtimalı daha böyükdür”.
Ekspertin fikrincə, burada ikinci məsələ söz birləşmələrilə bağlıdır:
“Müəyyən söz birləşmələri var ki, onlar ayrı-ayrı halda başqa məna, bütöv halda isə bir başqa məna ifadə edir. Google sistemində daha az axtarıldığı üçün onlar tərcümə sistemində ilkin göründüyü zaman ayrı-ayrılıqda hansı mənanı verirsə, bir şəkildə olanda da eyni mənanı verir”.
S.Abbasov qeyd edir ki, Azərbaycan tərcümə sisteminin peşəkarlıq fəaliyyəti ən yaxşı halda 20-25 faiz civarındadır:
“Ancaq elə ümumişlək dillər var ki, onların tərcüməsində daha böyük dəqiqlik var. Buna ingilis, alman, rus dillərilə bağlı tərcümə sistemində daha dəqiq məlumat və yüksək faizli nəticələr əldə etmək mümkündür.
Ona görə də Google tərcümə sistemində tərcümə edərkən mütləq mənada peşəkar şəkildə redaktələrə ehtiyac yaranır. Əks halda həmin nəticələr bir sıra hallarda gülünc nəticələrə gətirib çıxarır”.
Ekspert tərcümə sistemində olan qüsurların aradan qaldırılması üçün Çin təcrübəsindən yararlanmağı məsləhət görüb:
“Belə nöqsanlar dünyanın böyük coğrafiyasını əhatə etməsinə baxmayaraq Çində də olub. Çində Google-nin birbaşa nümayəndəliyi olduğundan bu səhv təcrümələri aradan qaldırmaq üçün komanda və heyət də vardır.
Bunun nəticəsində Çində nöqsanları müəyyən mənada aradan qaldıraraq tərcümənin keyfiyyət əmsalını 50 faizə qaldırmağa nail olublar.
Azərbaycan dilinin ifadə coğrafiyasının kiçik olmasını, habelə, Google-nin ölkəmizdə birbaşa nümayəndəliyinin olmamasını nəzərə alaraq aydiyyatı qurumlar məlumatların redaktəsi üçün mobil dəstələrin yaradılması istiqamətində fəaliyyət göstərməlidirlər. Onlar da nöqsanlı tərcümə sözlərini mütəmadi olaraq Google-nin heyətinə çatdırmalıdırlar”.
Rüfət Sultan, Bizim.Media