Bərdədə ağır yol qəzasında xəsarət alanlardan biri öldü

Bərdədə ağır yol qəzasında xəsarət alanlardan biri öldü

Hazırda oxunan: Bərdədə ağır yol qəzasında xəsarət alanlardan biri öldü

74557


Bərdədə baş vermiş ağır yol qəzasında xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

Əldə etdiyimiz son məlumata görə, o, "VAZ" 2106 markalı avtomobilin sürücüsü Ələmdar Qarayevdir.

***12:49

Bərdədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, hadisə Hindarx Borsunlu yolunun rayonun İmirli kəndi ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 2106 markalı avtomobillə toqquşub.

Nəticədə, 1952-ci il təvəllüdlü Qarayev Ələmdar Əkbər oğlu, qardaşı 1961-ci il təvəllüdlü Qarayev Rəhbər Əkbər oğlu və onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Qarayeva Lətafət Yunis qızı xəsarət alıb.

Xəsarət alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Aldığımız son məlumata görə, yaralıların vəziyyəti ağırdır. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Elhün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO