Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı

Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı

Hazırda oxunan: Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı

74522

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü müəyyən edilib. 

Bu barədə informasiyanı Bizim.Media-nın Gəncə bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov verib.

Onun sözlərinə görə, dünən şəhərin Ş.İ.Xətai prospektində yolu keçmək istəyən 1963-cü il təvəllüdlü İlyas Vəliyevi vuraraq öldürən, hadisə yerindən qaçan FORD Transit markalı avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Ceyhun Hüseynov saxlanılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO