"Uzun müddət idi ki, Qobustan rayonunun müxtəlif kəndlərində yaşayan sakinlər iddia edirdilər ki, onlar rayon ərazisində yeraltı sərdabə olduğu barədə çox eşidiblər”.
Bu sözləri Bizim.Media-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov deyib.
O bildirib ki, sakinlər bu barədə yaşlılardan dəfələrlə eşitdiklərini deyiblər.
Qeyd edək ki, idarə əməkdaşları uzun axtarışlardan sonra yerli sakinlər arasında yayılan söz-söhbətin mif olmadığını sübut edə biliblər. Necə deyərlər, elin sözü əvvəl -axır düz olur. Axtarışlardan sonra yeraltı sərdabənin yeri məlum olub.
S.Qurbanov yeraltı sərdabənin Qobustan rayonunun çöllük ərazisində - kəndlərə gedən yoldan 6-7 km aralıda yerləşdiyini deyib.
O bildirib ki, yeraltı sərdabə ərazisində arxeoloji araşdırma aparılması üçün Milli EA- nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna rəsmi müraciət ediləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:32 / 16.05.2022
Qobustanda SƏRDABƏ tapıldı – Uzun axtarışlardan sonra - FOTO
Hazırda oxunan: Qobustanda SƏRDABƏ tapıldı – Uzun axtarışlardan sonra - FOTO
Hazırda oxunan: Qobustanda SƏRDABƏ tapıldı – Uzun axtarışlardan sonra - FOTO
74520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.