Kür çayında Milli Hidrometeorologiya Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən su ölçmə işləri həyata keçirilib.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, mayın 13-də Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin Kür-Yevlax məntəqəsində apardığı ölçmələr zamanı su sərfi saniyədə 164 kubmetr olub.
Milli Hidrometeorologiya Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Varvara məntəqəsində aparılan birgə ölçmə işləri zamanı saniyədə 160 kubmetr su sərfi müəyyənləşdirilib.
Bizim.Media