"Avroviziya-2022"də Azərbaycanın münsiflər heyətinin ADLARI

Hazırda oxunan: "Avroviziya-2022"də Azərbaycanın münsiflər heyətinin ADLARI

74403

"Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın münsiflər heyətinin adları açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Sound of Beauty" ("Gözəlliyin Səsi") adlı müsabiqənin Azərbaycan üzrə şərhçisi tanınmış müğənni, bəstəkar Murad Arif canlı efirdə məlumat verib.

Onlar isə Xalq artistləri Faiq Ağayev, Fidan Hacıyeva, bəstəkar Ülviyyə Bəbirli, modelyer-dizayner Gülnarə Xəlilova, Əməkdar artist, rejissor və aktyor Bəhruz Vaqif oğludur.

Münsiflər heyyətinin üzvləri ölkələr arasında xalları belə müəyyənləşdiriblər:

12 xal - Böyük Britaniya, 10 xal - İtaliya, 8 xal - İsveç, 7 xal - Portuqaliya, 6 xal - Ukrayna, 5 xal - İspaniya, 4 xal - Niderland, 3 xal - Yunanıstan, 2 xal - Polşa, 1 xal – Fransa.

SMS səsvermədə isə Azərbaycan tamaşaçısı 12 ballıq səs vermə ilə belə qərarlaşdırıb:

12 xal - Ukrayna, 10 xal - İspaniya, 8 xal - Böyük Britaniya, 7 xal - Norveç, 6 xal - Serbiya, 5 xal - İtaliya, 4 xal - İsveç, 3 xal - Yunanıstan, 2 xal - Avsyraliya, 1 xal – Polşa.

Qeyd edək ki, builki "Avroviziya-2022"nin qalibi Ukraynanın "Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə 631 xalla qalib olub. Müsabiqədə ölkəmizi müğənni Nadir Rüstəmli “Fade to black” mahnısı ilə təmsil edib.

Nadir ölkələr arasında keçən, münsif heyətinin verdiyi səsvermədə 103, SMS səsvermədə isə 3 xal toplayıb. Ümümilikdə 106 xalla təmsilçimiz 16-cı yerdə qərarlaşıb.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO