Qazaxda avtomobil ağaca çırpıldı - Bir ailənin 3 üzvü ağır yaralandı

Qazaxda avtomobil ağaca çırpıldı - Bir ailənin 3 üzvü ağır yaralandı

Hazırda oxunan: Qazaxda avtomobil ağaca çırpıldı - Bir ailənin 3 üzvü ağır yaralandı

74364

Qazax rayonunda bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Çaylı kənd yolunda "Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində rayonun Daş Salahlı kənd sakinləri 2001-ci il təvəllüdlü Bahar Şakir qızı Əfəndiyeva, 1994-cü il təvəllüdlü Hikmət Yaqub oğlu Əfəndiyev və 1978-ci il təvəllüdlü Çimnaz Kərim qızı Əfəndiyeva hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Onların vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO