Azərbaycanda ilk dəfə

Azərbaycanda ilk dəfə "Yaz festivalı” - Xaçmazda - FOTO

Hazırda oxunan: Azərbaycanda ilk dəfə "Yaz festivalı” - Xaçmazda - FOTO

74334

Xaçmazda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə respublikada ilk dəfə olaraq, "Yaz festivalı" keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz Olimpiya Kompleksində təşkil olunan yaz festivalında böyük qələbəlik yaşanıb.  

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin və Aqrar Xidmətlər Agentliyinin rəsmiləri, əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, yerli və xarici qonaqlar iştirak ediblər.  

Festivalda müxtəlif səpkili sərgilər diqqəti xüsusi ilə çəkib. Respublikanın müxtəlif bölgələrinin mətbəxi, milli kulinariya məmulatları ilə yanaşı, müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə, ting məhsulları, heyvan cinsləri də sərgidə nümayiş olunub.

Qusarda vətəndaş qəbulundan birbaşa festivala gələn kənd təsərrüfatı naziri İnam Kərimov festival iştirakçılarını yeni tədbir münasibətilə təbrik edib. O bildirib ki, ölkədə ilk dəfə keçirilən "Yaz festivalı"nın əhəmiyyəti böyükdür:  

"Əsas məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək verməkdir. Onlar məhsullarını nümayiş etdirməklə yanaşı, həm də fermer və sahibkar arasında işgüzar əlaqələr yaranır".  

Xaçmaz İH başçısı Elnur Rzayev festivalın iştirakçılarını salamlayaraq, aqrar sahənin inkişafına yönələn "Yaz festivalı"nın kənd təsərrüfatı ilə məşğul olan iş adamlarının məhsullarının satışındakı alıcı probleminə böyük köməklik edəcəyini qeyd edib.

E.Rzayev koronavirus pandemiyasından sonra ilk dəfə rayonda belə böyük tədbir keçirildiyini də diqqətə çatdırıb.  
Qeyd edək ki, neçə gündür bölgədə hava qeyri-sabit keçsə də, "Yaz festivalı" günündə əsl yaz havası özünü göstərdi. Festival boyu iştirakçılar Şəki-Zaqatala, Qazax, Ağcabədi-Beyləqan, Quba-Qusar-Xaçmaz və digər rayonların milli təamlarının dadına baxıb, müxtəlf musiqi nömrələrini dinləmək, milli rəqslərə tamaşa etmək və s. imkanları da qazanıblar.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO