Sumqayıtda 25 yaşlı qızın boğularaq öldürülməsinin bəzi təfərrüatı üzə çıxıb.
Bizim.Media “Kriminalqafqaz”a istinadən xəbər verir ki, 17-ci mikrorayonda yerləşən binada yaşayan sakinlər mayın 12-də oradan kəskin qoxunun gəldiyini hiss edərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Bundan sonra əraziyə xilasedicilər və polislər gəlib. Mənzilin qapısının açılmasından sonra 1997-ci il təvəllüdlü A.Bayramovanın meyiti aşkarlanıb.
İlkin araşdırmalar nəticəsində Ayşənin tanışı Xalid Əmənov tərəfindən 4 sutka əvvəl boğularaq öldürülməsi və meyitin həmin müddət ərzində mənzildə bağlı qapı arxasında qalması məlum olub.
O da məlum olub ki, gənc qızın həyat tərzi və şəxsi seçimləri səbəbindən ailəsi ilə münasibətləri pozulub. Bu səbəbdən də uzun müddət kimsə onunla maraqlanmayıb və 25 yaşlı qızın harada yaşamasını qohumları bilməyib.
Belə ki, A.Bayramovanın qətlə yetirilməsi məlum olandan sonra və onun meyiti morqa aparılarkən yaxınlarından kimsə orada olmayıb.
Qeyd edək ki, A.Bayramova həmin mənzildə yeni kirayə yaşamağa başlayıbmış. Faktla bağlı cinayət işi başlanıb. Xalid Əmənov şübhəli şəxs qismində tutulub, istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:46 / 14.05.2022
Kirayə qaldığı evdə öldürülən Ayşənin meyiti 4 gün yiyəsiz qalıb – Qətlin detalları
Hazırda oxunan: Kirayə qaldığı evdə öldürülən Ayşənin meyiti 4 gün yiyəsiz qalıb – Qətlin detalları
Hazırda oxunan: Kirayə qaldığı evdə öldürülən Ayşənin meyiti 4 gün yiyəsiz qalıb – Qətlin detalları
74332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.