“Döyüşdə fərqlənməyə görə” medallı hərbçi yol qəzasında öldü - FOTO 

“Döyüşdə fərqlənməyə görə” medallı hərbçi yol qəzasında öldü - FOTO 

Hazırda oxunan: “Döyüşdə fərqlənməyə görə” medallı hərbçi yol qəzasında öldü - FOTO 

74314

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib. 

Bizim.Media xəbər verir ki, hadisə Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə “Hyundai” və “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. 

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Z.Səlimov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

O, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə medala layiq görülüb. (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO