Bu gün ay qan rənginə boyandı- FOTO

Bu gün ay qan rənginə boyandı- FOTO

Hazırda oxunan: Bu gün ay qan rənginə boyandı- FOTO

74268
Bu gün 2015-ci ilin ilk ay tutulmasi baş verib. Yer sakinləri “Qanlı ay tutulması”x9dnın şahidi olublar. Qanlı ay tutulması zamanı ay yerin kölgəsinə şimal hissədən daxil olub.

Tutulma Bakı vaxtı ilə saat 15:17-də başlayıb, 18:45-də isə başa çatıb. 3 saat 28 dəqiqə davam edən bu təbiət hadisəsini Asiya, Avstraliya, Sakit okean və Şimali və Cənubi Amerikadan müşahidə etmək mümkün olub.

Ay tutulması hadisəsi Azərbaycanda müşahidə edilməyib. NASA tam ay tutulmasını əks etdirən kadrlar yayıb. Tutulma zamanı ayın boyandığı tünd qırmızı rənginə görə bəzən onu “Qanlı ay tutulması”x9d adlandırırlar.

Bu il 2 dəfə günəş, 2 dəfə ay tutulması baş verəcək. İlk günəş tutulması martın 20-də qeydə alınıb. Növbəti günəş tutulması sentyabrin 13-nə, növbəti ay tutulması isə sentyabrın 28-nə təsadüf edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO