Qubanın Qamqam kəndində Vətən Müharibəsi Qəhrəmanı, Silahlı Qüvvələrin şəhid baş giziri Mehrab Niftəliyevin 37-ci doğum günü qeyd olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, M.Niftəliyevin doğulduğu kənddəki şəhidlərin xatirə kompleksində baş tutan tədbirdə rayon rəhbərliyi, DTX-nin rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçi və qazilər, ictimaiyyət nümayəndələri, respublikanın müxtəlif bölgələrindən gəlmiş şəhid ailələri və sakinlər iştirak ediblər.
Tədbirdə Azərbaycanın itirilmiş torpaqları uğrunda 35 yaşında həyatını vermiş M.Niftəliyevin qəhrəmanlığından, göstərdiyi çoxsaylı igidliklərdən söz açılıb.
Quba İH başçısı Ziyəddin Əliyev 2020-ci il noyabrın 8-də Şuşada şəhudliyə yüksələn M.Niftəliyevin qısa və mənalı həyatının bütün gənclərə örnək olduğunu deyib.
O qeyd edib ki, Şuşa fatehi M.Niftəliyevin adı ölkə rəhbərliyi tərəfindən imzalanan sərəncamla Quba şəhərindəki texniki liseyə verilib. Z.Əliyev Prezident İlham Əliyevin çağırışına həvəslə qoşulan M.Niftəliyevin igidliyinin Vətən Müharibəsində dillər əzbəri olduğunu bildirib.
Mərasimdə çıxış edən şəhid ailələri və digər natiqlər M.Niftəliyev kimi igid oğulların əsl tarix yazaraq Qarabağın itirilmiş torpaqlarının geri alınmasında öz layiqli sözlərini dediklərini qeyd ediblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
![Qubada Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsi anıldı - FOTO Qubada Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsi anıldı - FOTO](https://bizim.media/file/articles/2022/05/13/1652449414_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
17:43 / 13.05.2022
Qubada Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsi anıldı - FOTO
Hazırda oxunan: Qubada Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsi anıldı - FOTO
Hazırda oxunan: Qubada Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsi anıldı - FOTO
74221
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.