Biz Marsa uça bilməyəcəyik - Astronomiya fənni tədrisdən niyə çıxarılıb?

Biz Marsa uça bilməyəcəyik - Astronomiya fənni tədrisdən niyə çıxarılıb?

Hazırda oxunan: Biz Marsa uça bilməyəcəyik - Astronomiya fənni tədrisdən niyə çıxarılıb?

74214

Müasir zamanın tələblərinə baxmayaraq, Azərbaycanda hələ də Astronomiya İnstitutu formalaşdırılmayıb, həmçinin universitetlərə qəbul ixtisasları arasında astronomiya və ya astrofizika ixtisaslarına rast gəlmək mümkün deyil. 

Məsələ ilə bağlı Bizim.Media “Yaşıl Elm” platformunun redaktoru Taryel Abdullayevə sual ünvanlayıb. Onun münasibəti isə sərt oldu: 
 

MÖVZU İLƏ BAĞLI:

Elçin Əfəndi: “Bəzi universitetlərdə açıq alver gedir”


“Mən sizin sualınıza bir növ sualla cavab verəcəm. İstəyərdim ki, siz bu mövzunu da gündəmə gətirəsiniz. Çünki mən bununla bağlı Təhsil Nazirliyinə məktub ünvanlamışam. Nəyə görə orta məktəblərdə astronomiya fənninin ayrıca bir fənn kimi tədrisi dayandırılıb? 2011-ci ildən bəri Təhsil Nazirliyinin qərarı ilə astronomiya fənni məktəblərdə keçirilmir. Əgər astronomiya fənni tədris edilmirsə, ölkədə Astronomiya və ya Astrofizika institutları formalaşa bilərmi?”

Taryel Abdullayev orta məktəbdə təhsil alan məktəblilərin astronomiya barəsində hətta primitiv bir şey bilmədiklərini vurğulayıb.

“Kainat haqqında geniş məlumatları yoxdur. Hətta planet və ulduz arasındakı fərqi belə bilmirlər. 

Astronomiya və ya astrofizika fənnini tədris edilməyən bir ölkədə necə astronomiya, astrofizika ixtisası formalaşdıra bilər?”

Mövzunu davam etdirəcəyik.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO