Nazirlik əməkdaşı Ağdamda minaya düşdü - FOTO

Nazirlik əməkdaşı Ağdamda minaya düşdü - FOTO

Hazırda oxunan: Nazirlik əməkdaşı Ağdamda minaya düşdü - FOTO

74150

İşğaldan azad olunan ərazidə mina partlaması nəticəsində daha bir nəfər xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, hadisə Ağdamın Baş Qərvənd kəndi ərazisində baş verib. 

Məlumata görə, mina partlaması nəticəsində xəsarət alan şəxs Fövqəladə Hallar Nazirliyinin ərazidə minatəmizləmə fəaliyyəti ilə məşğul olan əməkdaşıdır. Kapitan Süleyman Heydərov qolundan ağır xəsarət alıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib ki, FHN-in kapitanı Süleyman Heydərov rayonun Baş Qərvənd olarkən xidməti fəaliyyəti zamanı minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması müəyyən edilib. 
Hazırda Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO