Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI 

Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI 

Hazırda oxunan: Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI 

74145

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb. 

Belə ki, qanun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun 7.0-cı maddəsində və “Təhsil haqqında” qanunun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub. 

Bundan əlavə, qanunun “Əsas anlayışlar” adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub. 
Təklif edilən dəyişikliklə ümumi təhsil müəssisələrinin aşağıdakı növləri olacaq: 

- inteqrasiya təlimli ümumtəhsil məktəbi; 

- Xüsusi ümumtəhsil məktəbi; 

- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi; 

- internat tipli lisey; 

- internat tipli gimnaziya; 

- İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi; 

- İnternat tipli xüsusi ümumtəhsil məktəbi; 

- İnternat tipli sanator ümumtəhsil məktəbi; 

- Digər məktəblər.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO