Ötən gün Sumqayıtda mənzildən qadın meyidi tapılıb.
Sumqayıt şəhər prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü Ayşən Bayramova mayın 8-də Sumqayıt şəhəri, 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülüb.
Bildirilir ki, aparılmış araşdırmalarla A.Bayramovanı tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
X.Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Aytəkin Alxaslı, Bizim.Media
![Sumqayıtda QƏTL - Mübahisə etdiyi qadını boğub öldürdü Sumqayıtda QƏTL - Mübahisə etdiyi qadını boğub öldürdü](https://bizim.media/file/articles/2022/05/13/1652421382_1-2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:54 / 13.05.2022
Sumqayıtda QƏTL - Mübahisə etdiyi qadını boğub öldürdü
Hazırda oxunan: Sumqayıtda QƏTL - Mübahisə etdiyi qadını boğub öldürdü
Hazırda oxunan: Sumqayıtda QƏTL - Mübahisə etdiyi qadını boğub öldürdü
74102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.