Ağır qəzada ölən 2 aylıq körpə peyvəndə aparılırmış

Ağır qəzada ölən 2 aylıq körpə peyvəndə aparılırmış

Hazırda oxunan: Ağır qəzada ölən 2 aylıq körpə peyvəndə aparılırmış

74094

Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində ötən gün baş vermiş ağır qəzada sürücü və ata ilə yanaşı, 2 aylıq qız uşağının da öldüyü barədə məlumat vermişdik.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Xızı rayonunun Giləzi qəsəbə sakini 31 yaşlı Pərviz Xudabaxışov, anası 56 yaşlı Vəsxanım Xudabaxışova və həyat yoldaşı 24 yaşlı Əfsanə Xudabaxışova ilə birlikdə 2 aylıq Mədinə Pərviz qızı Xudabaxışlını peyvənd vurdurmağa aparırmış.

MÖVZU İLƏ BAĞLI:

Bakı-Quba yolunda AĞIR QƏZA: Ata və 2 aylıq qızı öldü - FOTO


Qeyd edək ki, Giləzi sakini, 31 yaşlı Orxan Qasımovun idarə etdiyi “Jiquli” "VAZ-2106" markalı avtomaşının Rusiya vətəndaşı Maqomed Abdulməcidovun idarə etdiyi yük avtomaşını ilə toqquşması nəticəsində ata və azyaşlı körpəsi həyatını itirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO