Gəncədə Qafqaz İslam Ordusunun şərəfinə abidə ucaldılacaq - FOTO

Gəncədə Qafqaz İslam Ordusunun şərəfinə abidə ucaldılacaq - FOTO

Hazırda oxunan: Gəncədə Qafqaz İslam Ordusunun şərəfinə abidə ucaldılacaq - FOTO

74059

Gəncədə 1918-ci ildə qəhrəmancasına vuruşaraq həlak olan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsi əbədiləşdirilməsi üçün təməl qoyma mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şah Abbas Məscidinin yaxınlığında ucaldılacaq abidənin təməlqoyma mərasimində Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Niyazi Bayramov və Zeki Öztürk tərəfindən 25 may-17 noyabr 1918-ci il tarixləri arasında Nuru Paşa komandanlığındakı Azərbaycanın müstəqilliyi, qardaşlıq uğrunda 11 iyul 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman məhmətçiyin xatirəsinə inşa edilən abidənin təməli qoyulub və bununla bağlı sənəd imzalanıb. 

Sonda xatirə şəkli çəkdirilib.

Məqsəd Rəhimov, Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO