Sosial müavinət almaq üçün nazirliyin qoyduğu ABSURD ŞƏRTLƏR – Məqsəd nədir? 

Sosial müavinət almaq üçün nazirliyin qoyduğu ABSURD ŞƏRTLƏR – Məqsəd nədir? 

Hazırda oxunan: Sosial müavinət almaq üçün nazirliyin qoyduğu ABSURD ŞƏRTLƏR – Məqsəd nədir? 

73980

Ölkə Başçısının müəyyən etdiyi sosial siyasətin əsas hədəfi az təminatlı ailələrə hərtərəfli dövlət dəstəyinin göstərilməsidir. Bu siyasətdə keçən qırmızı xətt isə dövlət dəstəyinin əlçatan və operativ olmasıdır. 

Ədalət naminə deyək ki, bu istiqamətdə normal hüquqi baza yaradılıb, müvafiq qərarlar qəbul edilib. Ən əsası bürokratik əngəllərin aradan qaldırılması üçün elektron xidmət yaradılıb. Artıq hər hansı müavinət almaq üçün qapı-qapı düşüb sənəd toplamağa ehtiyac qalmayıb. Hər bir vətəndaş barədə “E-hökümət” portalında kifayət qədər məlumat var.

Ona görə də müavinət almaq istəyən şəxs Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada müraciət edir. Və cəmi 15 iş günündə müraciətə baxılır.

Amma necə?!
 

MÖVZU İLƏ BAĞLI:

Ailə başçısını itirməyə görə pensiya alan şəxslərə hansı güzəştlər ediləcək? – DSMF sədrindən AÇIQLAMA 


Vətəndaşlar ƏƏSMN-dən niyə narazıdır?

Çünki, müavinətlərin təyin edilməsində Nazirlik tərəfindən o qədər tələblər qoyulub ki, onu hər oğul öhdəsindən gələ bilmir. Çox təəssüf ki, Nazirliyin vətəndaşın müraciətinə imtina etməsinin bir sıra lüzumsuz səbəblərini Nazirlər Kabineti də təsdiq edib. Ona görə də müavinətlərin alınması bu gün hamı üçün heç də əlçatan deyil. Son nəticədə isə Nazirliyin mövcud sosial müdafiə xidməti sosial narazılığa səbəb olur. Nazirliyin tələb etdiyi şərtləri yerinə yetirən şəxs ən azından tərkiməkan olmalıdır. Yəni onun heç bir sosiallaşma rıçağı və pul qazanmaq şansları olmamalıdır.

Müəyyən olunan qaydalar kimin mənafeyinə xidmət edir?

Bəri başdan deyək ki, Nazirliyin hazırladığı bir sıra qaydalar birbaşa vətəndaş narazılığına səbəb olur. Məsələn, az təminatlı ixtiyari ailə ünvanlı sosial yardım üçün elektron qaydada Nazirliyə müraciət edir.

Amma Nazirlik elə tələblər qoyur ki, onunla tanış olanda belə əsəblərini cilovlaya bilmirsən: 

1. Əgər sizin nə vaxtsa fiziki şəxs kimi VEÖN-nünüz olub, lakin sonradan onun de-aktiv etmisinizsə, onda Nazirlik sizin müraciətinizi məqbul etmiyəcək. 

2. Əgər siz nə vaxtsa işlətdiyiniz telefon nömrənizi yadınızdan çıxıb qeyd etməmisinizsə, imtina gələcək. Çünki, əgər müraciət edən şəxsin adına 2 və yaxud daha çox mobil telefon nömrəsi varsa (dəxli yoxdur o nömrəni nə vaxt işlətmisiniz və indi onun mövcudluğunu unutmusunuz), Nazirlik artıq sizi imkanlı sayır və müavinət verməyi məqsədəuyğun görmür.

3. Əgər siz nə vaxtsa ehtiyac olub deyə, bir dostunuzdan avtomobil götürüb sürmə etibarnaməsi ilə harasa getmisinizsə, bu, artıq sizin avtomobiliniz var deməkdir və sizə imtina gəlir. 

4. Əgər siz rəsmi olaraq kuryer işləyirsizsə və iş üçün şirkətin avtomobilini etibarnamə ilə sürürsünüzsə vəzifənin adındakı Kuryer sözünə baxılmadan avtomatik imtina cavabı gəlir. "Kuryersən, get piyada apar, sən kimsən avtomobil sürürsən!" Vəssəlam….

Ümumiyyətlə, ƏƏSMN əksər xidmət sahələrində bu tip anlaşılmayan qaydalar və tələblər var.

Bu isə son nəticədə Vətəndaş-Hökümət münasibətlərinə kölgə salır. İstənilən vətəndaşı dövlətin zəruri dəstəyindən məhrum edir. Nəticədə belə bir yanlış fikir formalaşır ki, ƏƏSMN vətəndaşların sosial müdafiəsi ilə deyil, sosial narazılıq yaratmaqla məşğuldur. 

Bunlar isə qanunlardakı boşluqları aradan qaldırmaq vaxtının yetişdiyinə işarədir. Əks halda dövlətin gözəl niyyətlə həyata keirmək istədiyi layihələr BÜROKRATİK ŞİŞ yaratmağa xidmət edəcək. 

Onu da qeyd edək ki, bundan sui-istifadə edən yetərincə xırda məmur ordusu da formalaşıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO