"Müəllimlərin sertifikasiyası ilə bağlı keçiriləcək test imtahanında namizədlərə 60 sual təqdim olunacaq".
Bizim.Media xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirdiyi tədbirdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Avqust ayında müəllimlərin sertifikatlaşdırılması ilə bağlı imtahan KEÇİRİLƏCƏK
Onun sözlərinə görə hər bir düz cavab bir bal kimi müəyyən ediləcək:
"Sertifikatlaşma imtahan hissəsi 60 sualdan ibarət olacaq. 40 sual fənn bilikləri və bacarıqlarının ölçülməsi, 20 sual isə metodikadan ibarət olacaq. İmtahan müddəti 120 dəqiqə olacaq. Cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunacaq. Səhv cavablar düzgün cavablara təsir etməyəcək. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq".
Alçina Amilqızı, Bizim.Media