Subbakalavrların qeydiyyatı BAŞLADI 

Subbakalavrların qeydiyyatı BAŞLADI 

Hazırda oxunan: Subbakalavrların qeydiyyatı BAŞLADI 

73934

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya verilən xəbərə görə, subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə¬sin¬də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi¬netinin istifadəçi adı və parolundan istifadə etmək¬lə DİM-in mü¬va¬fiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. Müsabiqədə iştirak ödənişsizdir.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 27 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər.

Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də göstərilən tarixədək verilən linkdə (//eservices.dim.gov.az/erizebak/subbak/) qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. 
  
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO