Koronavirus xəstəsi postda saxlanıldı

Koronavirus xəstəsi postda saxlanıldı

Hazırda oxunan: Koronavirus xəstəsi postda saxlanıldı

7393

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı karantin postundan şəhər ərazisinə daxil olmaq istəyən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, özünütəcrid qaydalarına riayət etməyərək yaşadığı ünvanı tərk edən Şabran rayon sakini Aydın Məmmədov Xaçmaz rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan A.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Qeyd edilən faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO