Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini hərbi paradla nümayiş etdiriblər - VİDEO

Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini hərbi paradla nümayiş etdiriblər - VİDEO

Hazırda oxunan: Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini hərbi paradla nümayiş etdiriblər - VİDEO

73850

Yevlaxda xalqımızın ümummilli lideri, dahi şəxsiyyət, əbədiyaşar insan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Yevlax məktəblilərinin hərbi paradı keçirilib.

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, paradda iştirak edən hərbi geyimli yüzlərlə məktəbli Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan texnikaların maketlərinin müşayiətilə şəhərin mərkəzi prospektində ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısından keçiblər. Şuşa qalasının maketinin nümayişi, peşəkar aktyorların canlandırdığı Qarabağ xanı Pənahəli xanın, Xan qızı Xurşidbanu Natəvanın obrazlarının iştirakı parada xüsusi rəng qatıb.

Hərbi marşların sədaları altında keçən paradda Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini, məhəbbətlərini nümayiş etdiriblər. Yevlax sakinlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi paradda əsl bayram əhval-ruhiyyəsi yaşanıb.
 

Bizim.Media
 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO