Mingəçevirdəki tükürpədici hadisədən EKSKLÜZİV AÇIQLAMA - FOTO

Mingəçevirdəki tükürpədici hadisədən EKSKLÜZİV AÇIQLAMA - FOTO

Hazırda oxunan: Mingəçevirdəki tükürpədici hadisədən EKSKLÜZİV AÇIQLAMA - FOTO

73833

Mingəçevirdə atası tərəfindən işgənclərə məruz qalan 19 yaşlı psixoloji qüsurlu qızın acıları qonşuları belə hiddətləndirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 5 uşaqlı ailə yanvar ayından şəhərin Samux küçəsində yerləşən fərdi təsərrüfatlardan birində kirayədə yaşayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mingəçevirdə atadan ŞOK ƏMƏL - Xəstə qızını döyüb zirzəmidə ac saxladı


Usta kimi çalışıb ailəsini dolandıran Ülman Bədəlovun qonşularla sıx münasibəti olmayıb.

Bozdağın yamacına bitişik həyətdə baş verən qəribə hadisə ilk olaraq qonşuların diqqətini cəlb edib. Məlum olub ki, ata 2003-cü il təvəllüdlü qızı - Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. 

Tükürpədici hadisədən danışan qonşu Firuzə Səfərova gördüklərindən dəhşətə gəldiklərini deyir: 

"Üzü dağa sarı gedib-gələn hər kəs son günlərdə ailənin 19 yaşlı qızının kəndirlə dirəyə bağlı olduğunun şahidi olub. Öncə qonşular nə baş verdiyini anlamasa da, sonradan bu zorakılığın davamlı olduğunu anlayıb. Təsəvvür edin, yağışın, suyun altında ata öz balasını bütün günü dəmir dirəyə bağlı saxlayır. Öyrəndik ki, qız psixoloji problemlərdən əziyyət çəkir. Məgər xəstəxana yoxdur ki, bir ata öz övladını orada müalicə etdirmək əvəzinə kəndirlə dirəyə bağlı saxlamaqla min bir əziyyət verir? Bu insanlığa və atalığa sığmayan vəhşilikdir. Məcbur olan qonşular dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırmağa qərar verdi". 
 

Ailəyə yaxın bir başqa şəxsin dediyinə görə, qız evdə nadinclik, nəzarətsiz hərəkətlər edirmış. Aldığı operativ məlumat əsasında hüquq-mühafizə orqanları övladına ağlassığmaz işgəncə verən ata Elman Bədəlovu saxlayaraq istintaqa cəlb edib. 


İşgəncələrə məruz qalan Nuranə Bədəlova isə həkim nəzarətinə götürülüb.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO