Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 9815 qram narkotik vasitəyə bənzər maddənin və 2990 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 6-da saat 17:50 radələrində Yardımlı rayonunun Perimbel kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sahibsiz halda 1 ədəd göy rəngli çantanın içərisində təxmini çəkisi 2 kiloqram narkotik vasitə marixuanaya bənzər maddələr, 1 ədəd dərman vasitəsi “Guaifenesin” və 1 ədəd 200 ml plastik qabda naməlum tərkibli maye aşkar olunaraq götürülüb.
May ayının 9-da saat 02:30 radələrində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətinə doğru hərəkət etməsi və geri qayıtması sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq naməlum ayaq izləri aşkarlanıb.
Həyata keçirilən kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Biləsuvar-Bakı avtomagistral yolunda içərisində 2 nəfər şübhəli şəxsin olduğu “Ravon Nexia R-3” markalı 99-PF-541 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.
Saxlanılan şəxslərin Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vəliyev Rafiq Rəşid oğlu və Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Əliyoldaşov Süleyman Bəydəmir oğlu olmaları müəyyənləşdirilib, avtomobilə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 7815 qram narkotik vasitə marixuanaya bənzər maddə və 2990 ədəd metadon-40 psixotrop həbi aşkarlanıb.
Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:21 / 11.05.2022
Ölkəyə narkotik gətirilməsinin qarşısı alındı - Saxlanılanlar var
Hazırda oxunan: Ölkəyə narkotik gətirilməsinin qarşısı alındı - Saxlanılanlar var
Hazırda oxunan: Ölkəyə narkotik gətirilməsinin qarşısı alındı - Saxlanılanlar var
73800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.