Hərbi Prokurorluqdan intihar edən hərbçi ilə bağlı AÇIQLAMA 

Hərbi Prokurorluqdan intihar edən hərbçi ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Hərbi Prokurorluqdan intihar edən hərbçi ilə bağlı AÇIQLAMA 

73779

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun intiharı ilə bağlı məlumat yayıb. 

Qurumun Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:  

"Mayın 10-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. 

Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış, müvafiq  ekspertizalar təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilib. 
Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma  davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”. 

*** 11:56

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edib.

Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO