1600 nəfərə I dərəcə əlillik verilib, 7 mindən çox şəxsə isə...

1600 nəfərə I dərəcə əlillik verilib, 7 mindən çox şəxsə isə...

Hazırda oxunan: 1600 nəfərə I dərəcə əlillik verilib, 7 mindən çox şəxsə isə...

73776

Keçən il dövlət tibb müəssisələrinin rəsmiləşdirdiyi göndərişlər əsasında 18,5 min nəfərə ilkin əlillik təyinatı aparılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.

Bizim.Media xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.

Qeyd olunub ki, onlardan I dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 1,6 min nəfər, II dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 7,1 min nəfər, III dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı isə 5,3 min nəfər olub.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq I dərəcə üzrə 15 faiz azdır, II dərəcə üzrə 22 faiz çoxdur, III dərəcə üzrə isə 43 faiz çoxdur.

Eyni zamanda, onlardan 4,5 min nəfəri ilkin sağlamlıq imkanları məhdud uşaqlardır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur. Hesabat dövründə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 43,4 min nəfər üzrə təkrar əlillik təyinatı aparılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO