34 nəfər öz əvvəlki işinə bərpa edildi - 2,8 milyon manat inzibati cərimə...

34 nəfər öz əvvəlki işinə bərpa edildi - 2,8 milyon manat inzibati cərimə...

Hazırda oxunan: 34 nəfər öz əvvəlki işinə bərpa edildi - 2,8 milyon manat inzibati cərimə...

73772

Ötən il müxtəlif orqanlardan daxil olan materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 1508 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.

Qeyd olunub ki, törədilmiş inzibati xətaya görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 2,8 milyon manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.

Tətbiq olunmuş cərimələrdən 1 milyon manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

DƏMX tərəfindən görülən tədbirlərin nəticəsi olaraq vətəndaşlara ödənilməsi gecikdirilən 1,3 milyon manat məbləğində vəsaitin, onlardan 98,5 faizi əməkhaqqı, 0,9 faizi zərərə görə ödənc, 0,6 faizi sosial müavinət və kompensasiya olmaqla ödənilməsi təmin edilib.
Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 34 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO