Kür çayının səviyyəsində artım olacaq

Kür çayının səviyyəsində artım olacaq

Hazırda oxunan: Kür çayının səviyyəsində artım olacaq

73694

Mayın 13-dək fasilələrlə yağan intensiv yağıntılarla əlaqədar olaraq Böyük-Qafqazın cənub yamacından axan Türyançay və Göyçay çaylarında sululuğun daha da artacağı, eyni zamanda Qarqarçay və Xaçınçay çaylarında da sululuğun artımı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, nəticədə Kürün aşağı axınında Zərdab, Sabirabad, Şirvan, Salyan, Neftçala rayonları ərazisindən keçən hissəsində səviyyənin artımı davam edəcək.

Onlayn rejimdə avtomat hidroloji stansiyalardan suyun səviyyəsi barədə məlumatlar təhlil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO