Bakı şəhər merinin açıqlaması MÜBAHİSƏ YARATDI – “BŞİH ləğv edilməlidir”

Bakı şəhər merinin açıqlaması MÜBAHİSƏ YARATDI – “BŞİH ləğv edilməlidir”

Hazırda oxunan: Bakı şəhər merinin açıqlaması MÜBAHİSƏ YARATDI – “BŞİH ləğv edilməlidir”

73673

“Bakı Nəqliyyat Agentliyində vahid idarəetmə, vahid kart sistemi tətbiq olunmalıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli BŞİH-nin başçısı Eldar Əzizovun Bakı Nəqliyyat Agentliyinin yeni formada fəaliyyətə başlayacağı barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib: 

“Bununla bağlı rəsmi qurmlar birdəfəlik açıqlama versəydi daha yaxşı olardı. Belədə isə hələlik bu sahədə hansı yenilikləri nəzərdə tutduqlarını elan etməyiblər. Amma məntiqlə Bakı Nəqliyyat Agentliyində vahid idarəetmə, vahid kart sistemi tətbiq olunmalıdır. Habelə yeraltı və yerüstü nəqliyyatı özündə ehtiva edən vahid gediş haqları və kartların hər yerdə keçərli olması, aylıq, altıaylıq, bir illik kartların yaradılması, tələbə və təqaüdçülərlə bağlı qiymətdə dəyişikliklərin olması kimi məsələlər vahid mərkəzdən idarə olunmalıdır”. 
 

MÖVZU İLƏ BAĞLI:

Eldar Əzizovdan BNA ilə bağlı AÇIQLAMA


Ekspertin sözlərinə görə, yaranmış vəziyyət həmçinin vahid qiymət siyasətinin yürüdülməsinə ehtiyac yaradır: 

“Ola bilər bu istiqamətlərdə hansısa addımların atılmasının şahidi olaq. Çünki bu günə qədər həmin istiqamətdə atılan addımlar pərakəndə xarakter daşıyıb. Ona görə də nəticəyə hesablanmış vahid mərkəzdən iradə olunan sistem qurulmalıdır”. 

N. Cəfərli düşünür ki, Azərbaycanda da əksər ölkələrdə olduğu kimi, şəhər nəqliyyatına, dayanma-durma prosesinə və parkovkalara nəzarətin də məntiqlə bələdiyyələrin tərkibində olması daha məntiqlidir: 

“Dünya praktikasında şəhər nəqliyyat agentlikləri adətən bələdiyyələrin tərkibində fəaliyyət göstərir və onların əsas gəlir mənbəyindən birinə çevrilir. Məhz seçkili orqanların nəzarətində olsa, proses daha şəffaf xarakter ala bilər. Azərbaycanda isə indilikdə bələdiyyələr sanki ölü doğulmuş orqan kimi fəaliyyət göstərir. Amma bununla belə son zamanlar verilən açıqlamalar isə bələdiyyələrin statusunun artırılacağını düşünməyə əsas verir”. 

Həmsöhbətimiz qeyd edir ki, “Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi” MMC isə Bakı Şəhər İcra Hakimiyyəti və ya nəqliyyatla məşğul olacaq mərkəzləşdirilmiş qurumun tərkibində olmalıdır:

“İdealda BŞİH-də ləğv edilməli, mer seçilməlidir. Belədə Nəqliyyatın İntelektual İdarəetməsi də ona həvalə edilməlidir. Bu qurum yaradılarkən əsas məqsəd nəqliyyat sisteminin yükünün dəqiq və doğru bölüşdürülməsi, tıxacların qarşısının alınması kimi məsələlər olub.
Bu isə birbaşa Daxili İşlər Nazirliyinə aid olmayan məsələlərdir. Amma görünən odur ki, “Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi” indilikdə DİN-in tabeliyindədirsə, bu fikrimcə müvəqqəti xarakter daşıyır. Bakıda Böyük şəhər bələdiyyəsi, mer institutu yaradılacaqsa, o halda sözügedən qurum onların nəzarəti altında fəaliyyət göstərəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO