Tərtərdə Ümummilli Liderə həsr olunmuş “Sən elə bir zirvəsən” konfransı keçirilib – FOTO

Tərtərdə Ümummilli Liderə həsr olunmuş “Sən elə bir zirvəsən” konfransı keçirilib – FOTO

Hazırda oxunan: Tərtərdə Ümummilli Liderə həsr olunmuş “Sən elə bir zirvəsən” konfransı keçirilib – FOTO

73656

Tərtərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib.

Tədbir iştirakçıları öncə rayonun Mərkəzi Meydanında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, dahi rəhbərə hörmət və ehtiramlarını bildiriblər.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Konfransda Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban verən vətən övladlarının xatirəsi anılıb.

Konfransda çıxış edənlər Ümummilli Liderin həyat və yaradıcılığından, Azərbaycan dövlətinin möhkəmlənməsində onun müstəsna xidmətlərindən geniş söhbət açıb. 
Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO