7 ildə 21 tondan çox narkotik dövriyyədən çıxarılıb - Komissiya

7 ildə 21 tondan çox narkotik dövriyyədən çıxarılıb - Komissiya

Hazırda oxunan: 7 ildə 21 tondan çox narkotik dövriyyədən çıxarılıb - Komissiya

73644

2015-2021-ci illər ərzində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən ümumilikdə 21 ton 190 kq 410 qr müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, son 7 il ərzində müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 10 ton 785 kq 892 qr-nı heroin (50,9%), 5 ton 784 kq 872 qr-nı marixuana (27,3%), 2 ton 544 kq 792 qr-nı tiryək (12%), 383 kq 954 qr-nı həşiş (1,8%), 1 ton 685 kq 288 qr-nı digərləri (8%), 5 kq 612 qr-nı kokain (0,02%) təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO