“Açıqlamalarımda dəfələrlə qeyd etdiyim kimi, maska rejimi ləğv olunub və tək-tük məhdudiyyətlər qalıb. Bu yaxınlarda, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə nümayəndəsi Hans Klüqer ölkəmizə səfərə gəlib. Bu məsələ yaxından müzakirə olunub”.
Bizim.Media xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə verdiyi açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması üçün plan hazırlanır” - Teymur Musayev
“ÜST nümayəndəsinin də bildirdiyi kimi, xüsusən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, yoluxmalarda hər hansı sıçrayış olsun. Lakin koronavirus dəfələrlə sürpriz edib. Yeni mutasiyanın meydana çıxıb-çıxmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyinizi xahiş edirəm”, deyə nazir əlav edib.
Səkinə Yusibli, Bizim.Media