3 yaşlı Arzunun ölümü ilə bağlı həkimə verilən bəraət ləğv edildi 

3 yaşlı Arzunun ölümü ilə bağlı həkimə verilən bəraət ləğv edildi 

Hazırda oxunan: 3 yaşlı Arzunun ölümü ilə bağlı həkimə verilən bəraət ləğv edildi 

73573

Sumqayıt Apellyasiya Məhkəməsi 3 yaşlı Arzu Qurbanlının ölümünə görə Sumqayıt Şəhər Məhkəməsinin "Real" Tibb Mərkəzinin həkimi İsmayıl Qənbərov barəsində verdiyi bəraət hökmünü ləğv edib. 

Bizim.Media xəbər verir ki, uzun prosesdən sonra burun əməliyyatı vaxtı ölən azyaşlının ailəsinin şikayəti, eləcə də prokurorluğun protesti əsasında həkim-anestezioloq barəsində ittihamedici hökm çıxarılıb.

Apellyasiya məhkəməsi 1968-ci il təvəllüdlü həkimin Cinayət Məcəlləsinin 124.1 (Ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirli bilib. Ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 
Həmçinin İsmayıl Qənbərov təyin edilmiş cəzadan "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin Qərarı tətbiq edilməklə azad edilib. Arzu Qənbərlinin ailəsi tərəfindən irəli sürülmüş mülki iddia üzrə mənəvi zərərə görə 5000 manatın təqsirləndirilən şəxsdən tutaraq mərhumun ailəsinə ödənilməsinə qərar verilib. 

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunan uşağın vəziyyəti gecə saatlarında pisləşib və o, dünyasını dəyişib.

Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. Sumqayıt Şəhər Məhkəməsi ölümə səbəb olan həkimə bəraət verib. Daha sonra Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb.
Arzunun ailəsinin Ali Məhkəməyə müraciətindən sonra iş yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılıb. 

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, 3 yaşlı uşaq əməliyyat zamanı anestezioloq İsmayıl Qənbərov tərəfindən "Kolipsol" dərman preparatının normadan artıq verildiyi üçün ölüb. (Qafqazinfo) 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO