Respublika üzrə Heydər Əliyev mərkəzlərinin görüşü keçirildi - FOTO

Respublika üzrə Heydər Əliyev mərkəzlərinin görüşü keçirildi - FOTO

Hazırda oxunan: Respublika üzrə Heydər Əliyev mərkəzlərinin görüşü keçirildi - FOTO

73491

Heydər Əliyev Mərkəzində Azərbaycanın regionlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş toplantı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev irsinin tədqiqi və təbliği üzrə görülən işlər və yeni istiqamətlər, Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi, beynəlxalq tədbirlərdə iştirakı, həmçinin regionlardakı layihələrin həyata keçirilməsində bölgələrdəki Heydər Əliyev mərkəzləri və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin əməkdaşları ilə ümummilli lider Heydər Əliyevin irsi, siyasi fəaliyyəti, eləcə də muzey işinin təşkili, ekspozisiya üzrə izahatların aparılması və digər mövzularda təlimlər və məşğələlər, müxtəlif mövzuları əhatə edən elmi-praktik seminarlar keçirilir.

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdindəki Heydər Əliyev Dövlət İdarəçilik Məktəbində,  Masallı Heydər Əliyev İncəsənət Məktəbində, eləcə də Mədəniyyət və İncəsənət Universiteti nəzdindəki Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbində də ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfranslar təşkil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO