Bakıda yaşayış binasında bədbəxt hadisə - VİDEO

Bakıda yaşayış binasında bədbəxt hadisə - VİDEO

Hazırda oxunan: Bakıda yaşayış binasında bədbəxt hadisə - VİDEO

73480

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış binasında bədbəxt hadisə baş verib.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər qrupu hadisə yerinə cəlb olunub.

Məlum olub ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi dəhlizinin tavanının qismən uçması nəticəsində 3 mənzilin giriş qapısının qarşısı bağlanıb və nəticədə 4 nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər mənzillərin giriş qapısının açılmasına maneə yaradan dağıntıları operativ olaraq aradan qaldıraraq vətəndaşları mənzillərdən təxliyə ediblər.

Mövzu ilə bağlı videogörüntünü təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO