113 cinayətin üstü “isti izlər”lə açıldı

113 cinayətin üstü “isti izlər”lə açıldı

Hazırda oxunan: 113 cinayətin üstü “isti izlər”lə açıldı

73406

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 113 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO