İsmayıllıda leysan yağışları uçquna səbəb oldu, yol bağlandı 

İsmayıllıda leysan yağışları uçquna səbəb oldu, yol bağlandı 

Hazırda oxunan: İsmayıllıda leysan yağışları uçquna səbəb oldu, yol bağlandı 

73394

İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib. 

Bizim.Media xəbər verir ki, son günlər yağan güclü leysan yağışları səbəbindən İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.  

Bu gün səhər saatlarında yaranan sel zamanı hündür dağlardan gələn qalın lil qatı, torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb, təxminən 15 metr uzunluqda yolun üst qatı bağlanıb. nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Yolun təmizlənməsi üçün əraziyə ağır texnika və işçi qüvvəsi cəlb edilib. Hazırda yağışın yağması səbəbindən torpaq uçqunu davam edir.

Əraziyə gələn mütəxəsislər Lahıc və ətarfdakı kəndlərin sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edir. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO