Bu gün 20555 şagird Azərbaycan dili fənnindən imtahan verəcək

Bu gün 20555 şagird Azərbaycan dili fənnindən imtahan verəcək

Hazırda oxunan: Bu gün 20555 şagird Azərbaycan dili fənnindən imtahan verəcək

73286

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirir. Mayın 8-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı təşkil olunur.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan ümumilikdə 21 şəhər və rayonda, 95 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Maksimum 100 bal toplamaq mümkündür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda ümumilikdə 20 min 555 (Bakıda 13 min 677, Sumqayıtda 755, Abşeronda 723, Naxçıvanda 46, Gəncədə 1383, Şəmkirdə 96, Tovuzda 189, Mingəçevirdə 186, Yevlaxda 121, Şəkidə 132, Zaqatalada 302, Balakəndə 242, Qəbələdə 204, Qaxda 169, Bərdədə 241, Göyçayda 227, Şirvanda 339, Lənkəranda 354, Qubada 224, Qusarda 473, Xaçmazda 482) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 95 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 1913 nəzarətçi-müəllim ayrılıb, 190 buraxılış rejimi əməkdaşı (mühafizə), 95 bina nümayəndəsi ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO