Kəramətin “romanlarımı atam yazır” ifadəsinə Qəşəm Nəcəfzadədən CAVAB: “Anarın, Elçinin əsərlərini də atası yazıb”

Kəramətin “romanlarımı atam yazır” ifadəsinə Qəşəm Nəcəfzadədən CAVAB: “Anarın, Elçinin əsərlərini də atası yazıb”

Hazırda oxunan: Kəramətin “romanlarımı atam yazır” ifadəsinə Qəşəm Nəcəfzadədən CAVAB: “Anarın, Elçinin əsərlərini də atası yazıb”

73231

Qalmaqallı çıxışları ilə tez-tez gündəmi dəyişən gənc yazar Kəramət Böyükçölün ədəbi aləmdə atasının istedadına görə tanınması ilə bağlı fikirlər yenidən müzakirələrə səbəb olub. İddialara görə Kəramət Böyükçölün romanlarını atası, yazıçı Qəşəm Nəcəfzadə yazır. 

Maraqlıdır ki, Kəramət Böyükçöl də ona ünvanlanan bu sullara cavab olaraq ictimaiyyətdə gedən fikirləri təsdiqləyir. Amma bu iddiaların nədən qaynaqlandığına münasibət bildirmir. 

Bəs, cəmiyyətdə niyə “Kəramətin romanlarını atası yazır” fikri formalaşıb? 

Qəşəm Nəcıfzadə Bizim.Media-ya bu barədə açıqlama verib. O, ictimaiyyətdə yayılan bu fikirlərin səbəbini belə izah edib:
 

MÖVZU İLƏ BAĞLI:

Kəramət Böyükçöldən maraqlı AÇIQLAMA - “Mənim romanlarımı atam yazır”


“Bu, yalan bir fikirdir. Mən Kəramətin romanlarını niyə yazım ki? Kəramət elə öz statusları və maraqlı yazıları ilə çıxış edir. Yazdığı statuslara baxanda istər-istəməz hamı bilir ki, o, çox istedadlıdır və istənilən romanı yaza bilər. Belə bir şey yoxdur. Bütün əsərlərini Kəramət özü yazır və yenə də yazmaqdadır.

Bizim ədəbiyyatımızda bu tip hadisələr olub. Məsələn, yazıçı Anar da bizə danışırdı ki, vaxtilə ona da əsərlərini atası yazır deyə irad tutublarmış. Eyni zamanda Elçinin əsərlərini də guya İlyas Əfəndiyev yazırmış. Kifayət qədər dedi-qoduya meyilli olan insanlar var. Bunlar özlərindən belə əhvalatlar uydururlar.

Hansı ki, bunu demək çox asandır. Çox dərinliyə getmirlər. Kəramətin də belələrinə bir cavabı olur. “Bəli, atam yazır və birini də indi yazacaq”deyir. Kəramət çox istedadlıdır. Hətta bəzi yazılarımı mən Kəramətdən təsirlənərək yazıram, ondan öyrənirəm. O, Azərbaycanın tanınmış yazıçılarından biridir və mən oğlumla fəxr edirəm”. 

Qəşəm Nəcəfzadə bəzi oxucularına sərt irad və reaksiyasını da ifadə edib:

“Bəzən sevgiyə aid şer paylaşıram. Şerin mahiyyəti bir tərəfdə qalır, o dəqiqə araşdrırlar ki, görəsən bunun həyatında nə baş verir? Yaxud yoldaşı ilə arasında nə narazılıq var? Çox avamcasına “bu, niyə sevgi şeri paylaşsın” deyə fikrə gedənlər və bunu şərhində bildirənlər olur. Adam sevgi ilə bərabər ayrılığa aid də şer paylaşa bilər.
Paylaşdığın yazını və ya şeri oxumurlar. Çünki oxumaq üçün beyin, səbir və dözüm lazımdır. Bəziləri ağızdan-ağıza gəzən şaiyələrə meyllidirlər. Bunlar asan reaksiya tələb edən və şaiyəli məlumatlara çox meylliyik. Kəramətlə bağlı məsələ də ondan irəli gəlir”, -deyə yazıçı əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO