Kürdəmirdə narkotacir yaxalandı - FOTO

Kürdəmirdə narkotacir yaxalandı - FOTO

Hazırda oxunan: Kürdəmirdə narkotacir yaxalandı - FOTO

73114

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ümüd Bəşirov saxlanılıb.

Saxlanılan zaman həmin şəxsin üzərindən satış məqsədi ilə qablaşdırılmış psixotrop maddə - metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO