Oğuzda kütləvi dava : 2 ağır yaralı...

Oğuzda kütləvi dava : 2 ağır yaralı...

Hazırda oxunan: Oğuzda kütləvi dava : 2 ağır yaralı...

73091
Oğuz rayonunda kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb. Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun Calut-1 kənd sakini 31 yaşlı  Zamin Quliyev və Calut kənd sakini 26 yaşlı Sərvər Xamdiyev bədən xəsarətləri ilə daxil olublar.
 
Müayinə zamanı Zamin Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. 26 yaşlı Sərvər Xamdiyev qapalı kəllə-beyin travması aldığından, yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Məlumata görə, onlar aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər. Davanın daha iki iştirakçısının da polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO