Aprel ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 711 nəfər müraciət edib.
Bu barədə Bizim.Media-ya Mərkəzin Mətbuat xidmətindən bildirilib.
Onlardan 124-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Qəbul olan xəstələrdən 62-si dərmandan, 19-u sirkə turşusundan, 7-si dəm qazından, 1-i göbələkdən, 4-ü etil spirtindən zəhərlənib.
Digərlərindən 2-si anaflaksiya səbəbindən, 13-ü allergik reaksiyadan, 10-u isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Xəstəxanaya müraciət edilənlər arasında 5-ni ilan, 1-ni isə əqrəb sancıb.
Zəhərlənən şəxslərin 54-ü qadın, 6-sı kişi, 20-i uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 124 nəfərdən 8-i (6-sı kişi, 1-i qadın, 1-i uşaq) dünyasını dəyişib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:02 / 06.05.2022
Bir ayda 711 nəfər ZƏHƏRLƏNİB – RƏSMİ
Hazırda oxunan: Bir ayda 711 nəfər ZƏHƏRLƏNİB – RƏSMİ
Hazırda oxunan: Bir ayda 711 nəfər ZƏHƏRLƏNİB – RƏSMİ
73077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.