DYP-dən XƏBƏRDARLIQ – Bu qaydalara əməl etməyənlər cərimələnəcək

DYP-dən XƏBƏRDARLIQ – Bu qaydalara əməl etməyənlər cərimələnəcək

Hazırda oxunan: DYP-dən XƏBƏRDARLIQ – Bu qaydalara əməl etməyənlər cərimələnəcək

72946

Son zamanlar baş vermiş yol nəqliyyat hadisələrinin artması müşahidə olunur. Araşdırmalar zamanı yol nəqliyyat hadisələrinə əsas səbəblərdən birinin də piyadalar olduğu üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi idarəsi piyadaların hüquq və vəzifələri ilə bağlı məlumat yayıb: 

“Piyadalar da sürücülər kimi bir çox qaydalara əməl etməlidirlər. Svetoforun qırmızı ışığı piyadaların hərəkətini qadağan edirsə yolun hərəkət hissəsinə çıxmaq olmaz. Yolu təyin edilmiş yerdən keçmək lazımdır.  
Əziz piyadalar, avtomobil yolu ilə piyada zolağının kəsişdiyi yerlərdə yolu keçərkən avtomobilin sizə yol vermək üçün dayandığına əmin olduqdan sonra yolu keçin. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmayın.

Günün qaranlıq vaxtında yola çıxarkən nəqliyyatın hərəkətinin əksinə getmək lazımdır ki, sürücülər də piyadanı görə bilsin. Bu qaydalara əməl olunsa piyadavurma hadisələrinin sayı azalar. 

Piyadanın vəzifələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 338-ci mddəsində piyadaların yol hərəkəti qaydalarını pozmalarına görə məsuliyyət nəzərdə tutulur. 

Belə ki, piyadalar yolun hərəkət hissəsini, dəmir yolunu müəyyən olunmayan yerdən keçilməsinə görə, piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə görə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə, qırmızı və ya sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat  vasitəsi və yaxınlaşan zaman yolun hərəkət hissəsini tərk edilməməsinə görə  20 manat məbləğində cərimə edilir”.  

DYP-dən bildirilib ki, burda əsas məqsəd cərimə deyil, insan həyatının dəyəridir: 

“Gəlin həm öz həyatımızı həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmayaq. Yolu Qanunla müəyyən edilmiş yerlərdən keçək həm sağlamlığımızı həm də Qanunun  aliliyini qoruyaq. Məqsəd gedəcəyimiz məkana vaxtında çatmaq deyil salamat çatmaq olmalıdır”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO