Quba-Xaçmaz Regional Təhsil İdarəsinin yeni rəhbəri kollektivə TƏQDİM OLUNDU - FOTO 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin yeni rəhbəri kollektivə TƏQDİM OLUNDU - FOTO 

Hazırda oxunan: Quba-Xaçmaz Regional Təhsil İdarəsinin yeni rəhbəri kollektivə TƏQDİM OLUNDU - FOTO 

72931

Bu gün Qubada Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi müdirinin təqdimat mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, rayonun şəhid Rəhman Məmmədov adına Alekseyevka kənd orta məktəbində keçirilən mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov yeni yaradılan regional idarəyə müdir təyin edilmiş Rüfət Hacıyevi kollektivə və təhsil ictimaiyyətinə təqdim edib.

Nazir müavini bu təyinatın həm yüksək etimad və eyni zamanda, yüksək məsuliyyət olduğunu qeyd edib.

O təhsilin bu günü, gələcəyi və inkişaf perspektivləri barədə ətraflı danışıb, R.Hacıyevə tapşırıq və tövsiyələrini verərək təbrik edib.

Quba İH başçısı Ziyəddin Əliyev yeni regional təhsil idarəsinin rəisinə öz təbrikini çatdırıb və təhsil naziri Emin Əmrullayevə təhsilin inkişafına dəstək verəcək yeni təyinat üçün minnətdarlıq edib.
Quba-Xaçmaz regional təhsil idarəsinin rəisi R.Hacıyev göstərilən etimada görə təşəkkür edib. O, bu yüksək etimadı fəaliyyətilə doğruldacağına söz verib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO