Qüdrət Həsənquliyev Nazirlər Kabinetini

Qüdrət Həsənquliyev Nazirlər Kabinetini "kişilər klubu" ADLANDIRDI - "Cəmi bir qadın var”

Hazırda oxunan: Qüdrət Həsənquliyev Nazirlər Kabinetini "kişilər klubu" ADLANDIRDI - "Cəmi bir qadın var”

72928

"Qanuna əsasən, 10 uşağı olsa belə qadınların pensiya yaşına 5 il güzəşt olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu dəyişikliyi etməklə nə qədər vəsaitə qənaət edəcək ki, çoxuşaqlı anaların pensiya yaşından tez pensiyaya çıxması əngəllənəcək". 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı səsləndirib. 

Deputat qeyd edib ki, Azərbaycanda əmək pensiyası yaşını Avropa ölkələri ilə müqayisə edirlər: 

“Avropa ölkələrinin böyük qismində pensiya yaşı bizdən aşağıdır. Bizimlə eyni olanlarda isə orta ömür uzunluğu 83 ildir. Bunu nəzərə almaq vacibdir. Pensiyanın minimal həddi 240 manatdır ki, bu da azdır. Bu məbləği artırmaq lazımdır”. 
Qüdrət Həsənquliyev Rusiyada 4 uşağı olan analara ev verildiyinə də diqqət çəkib və bildirib ki, qadınların pensiya yaşı azaldılmalıdır ki, gənc qadınlar üçün də iş imkanı yaransın. 

Deputat icra hakimiyyətlərində və bir sıra digər vəzifələrdə çalışanların əksəriyyətinin kişilər olmasını da vurğulayıb və bu istiqamətdə ciddi dəyişikliklərin olmasını vacib sayıb. 

"Bizim Nazirlər Kabinetinə baxın, kişilər klubudur. Orada cəmi bir qadın var. Səhv etmirəmsə, Əfqanıstan da belədir. Demək olar ki, icra başçılarının, komitə sədrlərinin hamısı kişilərdir. Ailə komitəsinin sədrindən başqa. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi qərarlar qəbul olunmalıdır", deyə o, qeyd edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO