Siyasətçilər Ramazan bayramında nə qədər fitrə zəkatı veriblər? – Özlərindən AÇIQLAMA

Siyasətçilər Ramazan bayramında nə qədər fitrə zəkatı veriblər? – Özlərindən AÇIQLAMA

Hazırda oxunan: Siyasətçilər Ramazan bayramında nə qədər fitrə zəkatı veriblər? – Özlərindən AÇIQLAMA

72926

“Ailəmizdə olan ənənəyə uyğun olaraq 10 ildən çoxdur ki, hər Ramazan bayramının sonunda Bakı ətrafındakı uşaq evlərinin birinə yadım aparırıq”. 

Bunu Bizim.Media-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli Ramazan bayramında nə qədər fitrə zəkatı verdikləri barədə sualı cavablandırarkən deyib:

“Bu ildə eyni ənənəni təkrarladıq. Ailəlikcə uşaq evlərindən birini ziyarət edib, yardım etdik. Partiya üzvlərimizin də əksəriyyəti, rəhbərlikdə təmsil olunan şəxslər fərdi qaydada bu xeyriyə işində iştirak ediblər”. 
 

MÖVZU İLƏ BAĞLI:

Ramazanda oruc tutmayan DEPUTATLAR – Kimi səhhətini, kimisi də iş rejimini səbəb gətirdi


Ümid Partiyasının sədri İqbal Ağazadə bu məsələni mətbuatla bölüşmək fikrində olmadığını dedi:  

“Sağ əlin verdiyini niyə sizinlə bölüşməliyəm? Bunu deməklə məni mükafatlandıracaqsınız, yoxsa cəzalandıracaqsınız? Bölüşmək fikrim yoxdur. Özüm bilərəm”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı fitrə verilməsində hər bir partiya üzvünün fərdi şəkildə iştirak etdiyini söylədi: 

“Müsavat Partiyası hər Ramazan ayında iftar süfrəsi təşkil edib. Amma bu Ramazan bayramında ona icazə verilmədiyindən keçirilməyib. Fitrə yığılması məsələsində partiya üzvlərimiz fərdi şəkildə hərə öz bildiyi formada iştirak edib. Hər hansı bir proqram şəklində iştirak etməmişik”. 

AĞ Partiyanın sədri Tural Abbaslı anası, yoldaşı və özü daxil 3 nəfərin zəkatını imkansız bir ailəyə ödəyib: 

“Fitrə verilməsi hər bir möminin üzərinə düşən işdir. Ona görə də onu kütləvi şəkildə təşkil etməmişik. Partiyamızda oruc tutunlarla yanaşı, tutmayanlar da olub. Amma bildiyimə görə, İdarə Heyəti üzvlərinin əksəriyyəti həm oruc tutub, həm də fitrə zəkatını verib. Özüm daxil, hər kəs özünün tanıdığı, yaxın olduğu imkansız ailəyə üzərinə düşən zəkat miqdarını ödəyib. Anam, özüm və yoldaşım olmaqla 3 nəfərin zəkatını imkansız bir ailəyə ödədik”. 

Milli Məclisin deputatı Aqil Abbas 100-150 manat civarında fitrə verdiyini bildirdi: 

“Hər zaman bu prosesdə iştirak etmişəm. Tək fitrə verməmişəm. Adi günlərdə də bu istiqmaətdə aktivəm. Amma verdiyim fitrə ilə bağlı rəqəm deyə bilmərəm. İmkanım çatan qədər 100-150 manat vermişəm”.
Deputat Fazil Mustada fitrə zəkatı üçün 100 manat ödəyib:

“Vermişəm. Fitrə olaraq evdən çıxardığımız məbləğ 100 manat həcmində olub”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO