Fərruxdakı itkinlərin kimliyinin müəyyənləşdirilməsində Azərbaycan və Ermənistan birgə iştirak edəcək

Fərruxdakı itkinlərin kimliyinin müəyyənləşdirilməsində Azərbaycan və Ermənistan birgə iştirak edəcək

Hazırda oxunan: Fərruxdakı itkinlərin kimliyinin müəyyənləşdirilməsində Azərbaycan və Ermənistan birgə iştirak edəcək

72844

Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı və Bərdə ofislərinin 2021-ci ildəki fəaliyyətləri ilə bağlı təşkil etdiyi mətbuat konfransında bildirilib. Qeyd olunub ki, Azərbaycan və Ermənistanın aidiyyəti qurumları Edili və Fərrux dağı istiqamətlərində itkin düşənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində birgə çalışacaqlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Fərrux dağında itkin düşən şəxsin ailəsi danışdı – VİDEO 


Bu, fəaliyyətə nə zaman başlanacağı məlum deyil. Edili və Fərrux dağında itkin düşmüş həm Azərbaycan, həm də Ermənistan hərbçilərinin qalıqlarının olduğu ehtimal edilir.  

Xatırladaq ki, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO