Qubada ümummilli liderin xatirəsi yad edildi - FOTO

Qubada ümummilli liderin xatirəsi yad edildi - FOTO

Hazırda oxunan: Qubada ümummilli liderin xatirəsi yad edildi - FOTO

72789

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü qeyd olunub.

Bizim.Media xəbər verir ki, YAP-ın Quba rayon təşkilatı ilə rayon rəhbərliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Heydər Əliydvin dahi şəxsiyyət kimi dünya səviyyəsində tanınmasından danışılıb.

Qubanın icra başçısı Ziyəddin Əliyev, YAP-ın Quba təşkilatının sədri Fidan Hüseynova və digər natiqlər ümummilli liderin həyatı və geniş fəaliyyətindən söz açıblar.
Ziyəddin Əliyev 1993-cü ilin 15 iyununda xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan xalqına əvəzsiz töhfə verdiyini deyib.

Çıxışlarda Heydər Əliyevin siyasi varisi İlham Əliyevin Vətən müharibəsində ata nəsihətini layiqincə yerinə yetirdiyi xüsusi vurğulanıb.

Bildirilib ki, Qarabağı azad görmək istəyən ata Əliyevin bu arzusunu oğul prezident reallaşdırdı və artıq Qarabağ yenidən bizimdir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO